“Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyi “Həm öyrənək, həm istirahət edək” layihəsi çərçivəsində Qəbələyə ekskursiya təşkil edib. İctimai Birlikdən verilən xəbərə görə, ölkənin ictimai həyatında fəallığı ilə seçilən, müxtəlif sahələrdə çalışan 80 gəncin iştirak etdiyi ekskursiya maraqlı tədbirlərlə yadda qalıb.
Gənclər Qəbələnin “Nohurgöl”, “Sərin meşə”, “Yeddi gözəl” istirahət mərkəzlərində, digər turizm əhəmiyyətli yerlərində olub, müxtəlif oyunlar və müzakirələr təşkil ediblər. Layihənin məqsədi ölkənin elmi-mədəni və ictimai həyatında fəallıq göstərən gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların bir-birini tanıması və fikir mübadiləsi aparmalarına şərait yaratmaqdır. “Həm öyrənək, həm istirahət edək” layihəsi yerli turizmin inkişafına da təkan verəcək.
Fəxriyyə Abdullayeva