Bolqarıstanın "Literaturen svyat" elektron ədəbiyyat jurnalı Azərbaycan Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə" layihəsi çərçivəsində Xalq yazıçısı Yusif Səmədoğlunun "İncə dərəsində yaz çağı" hekayəsinin və tanınmış şair Ələkbər Salahzadənin "Elegiya" şeirini yayımlayıb.

Əsərləri bolqar dilinə Nadya Popova və İvan Esenski tərcümə edib.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən "Literaturen svyat" elektron ədəbiyyat jurnalı müntəzəm olaraq səhifələrində dünyanın tanınmış yazıçı və şairlərinin yaradıcılığını işıqlandırır.

Azərbaycanlı müəlliflərin elektron dərgidə yayımlanan əsərləri ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:

https://literaturensviat.com/?p=183921

https://literaturensviat.com/?p=183930