Rusiyanın Ukraynada başladığı hərbi əməliyyatlar nəticəsində bu ölkədən qaçqın düşən insanların sayı 4 milyonu ötüb. Bu, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının rəsmi statistikasıdır. Gerçəkdə isə ölkəni tərk edən ukraynalıların sayı daha çoxdur.
BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının saytında yerləşdirilmiş məlumata əsasən, fevralın 24-dən martın 29-dək Ukraynanı tərk edən qaçqınların sayı 4 milyon 19 min nəfərə çatıb. Bu müddətdə ən çox Polşaya (2 milyon 336 min), Rumıniyaya (609 min), Moldovaya (387 min) və Macarıstana (365 min) ukraynalı qaçqın gəlib.
Müharibə nəticəsində ev-eşiklərini tərk edib daxili məcburi köçkün vəziyyətində olan insanların sayı isə 10 milyona yaxındır.