Mart ayında Avrozonada iqtisadi inam indeksi 114,1-dən 108,5-ə düşüb.
İqtisadi inam indeksinin azalması və qiymətlərin artmasının gələcək aylarda istehlak və investisiyalara təzyiq göstərəcəyi gözlənilir. Avrozonada məşğulluq indeksi də rekord səviyyədə aşağı düşüb, inflyasiya gözləntiləri isə 1985-ci ildən bəri ən yüksək səviyyədədir.
Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard deyib ki, Rusiya-Ukrayna gərginliyi iqtisadi artım üçün risklərə səbəb olur və iqtisadi perspektivdə qeyri-müəyyənliklər yaradır.
Həmçinin artan ərzaq qiymətlərinin və tədarük zəncirindəki çətinliklərin inflyasiyanın daha da yüksəlməsinə səbəb olacağı proqnozlaşdırılır.