2016-cı il Aprel döyüşləri müasir Azərbaycan tarixinin şanlı səhifələrindən birdir. 2016-cı ilin 1-5 aprel tarixində baş verən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan ordusunun təmas xəttində törətdiyi təxribata cavab olaraq düşmənə vurduğu ağır zərbə bir daha göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq.  

Aprel döyüşlərində Cəbrayıl rayonu ərazisində strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinin və Cocuq Mərcanlı kəndinin düşməndən azad edilməsi qarşıdakı böyük Zəfərin müjdəsi idi. 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğalçı ordunu darmadağın edərək, 30 illik işğala son qoydu, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

Aprel döyüşlərinin 6-cı ildönümü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur.

“Aprel döyüşləri” adlı virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Aprel_doyusleri/index.htm