Aprelin 29-da Heydər Əliyev Sarayında görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin (1917-2000) 105 illiyinə həsr olunan “Bizi yaşadan nəğmələr” adlı konsert proqramı təqdim ediləcək.

Proqramda Xalq artistləri Brilliant Dadaşova, Ənvər Sadıqov, Azər Zeynalov, İlqar Muradov, Gülyanaq və Gülyaz Məmmədovalar, Murad Hüseynov, Əməkdar artistlər Anar Şuşalı, Aygün Bəylər, Zamiq Hüseynov, Elton Hüseynəliyev, İnarə Babayeva, həmçinin Zabitə Alıyeva, Mirələm Mirələmov, Kamilə Babayeva, “Qaya” Dövlət Ansamblı, Akademik Musiqili Teatrın orkestri, xoru, balet truppası və solistləri çıxış edəcək.

Tofiq Quliyev Azərbaycan estrada musiqisinin yaradıcılarındandır. Görkəmli bəstəkarın əsərləri hələ neçə-neçə qərinələr sonra da insanlar tərəfindən böyük sevgi və maraqla dinləniləcək.