Ən yeni tariximizin şanlı səhifələrindən biri olan 2016-cı il Aprel döyüşlərinin 6-cı ildönümü münasibətilə Bakı Dövlət Sirkinin truppası Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda konsert proqramı ilə çıxış edib.

Bakı Dövlət Sirki orkestrinin müşayiəti ilə milli truppanın çıxışı maraqla qarşılanıb. Orkestrin repertuarında Azərbaycan və xarici musiqi nümunələrinin sintezinə üstünlük verilib.

Proqramda sirk sənətinin janrlarına aid olan biri-birindən maraqlı nömrələr də yer alıb.  Sonda sirk orkestrinin ifasında “Azərbaycan cəngisi”nin cazla sintezi səsləndirilib.

Bakı Dövlət Sirki xeyriyyə məqsədilə səyyar manejini müxtəlif məkanlarda, o cümlədən cəmiyyətin həssas təbəqələrinin qarşısında quraraq mütəmadi olaraq çıxışlar edir.