Türkiyənin məşhur rok qrupu “Duman” mayın 1-də Bakı Konqres Mərkəzində musiqisevərlərin qarşısına çıxacaq.

Sonuncu dəfə 2019-cu ildə Bakıda pərəstişkarına musiqi dolu saatlar yaşadan “Duman” qrupu yenə paytaxtımıza zəngin proqramla gəlir.

Qrupun Bakıda növbəti konserti “Event Office” və “Atlantis” şirkətlərinin dəstəyi ilə gerçəkləşəcək.

Daha öncə Cem Adrian, Ceza, Hasan Can Kaya kimi bir çox məşhurları ölkəmizə gətirən “Event Office”nin qurucu ortağı Togay Tekşen bir çox tanınmış simaları Azərbaycana gətirəcəklərini qeyd edib. O, bununla yanaşı, Azərbaycanda bir çox yeni layihələri də reallaşdıracaqlarını bildirib.