Bakı Kitab Mərkəzi tərəfindən yeniyetmələr arasında elan olunmuş “Hacı Zeynalabdin Tağıyev. Tariximizdə silinməz iz” adlı inşa müsabiqəsinə yekun vurulub və qaliblər mükafatlandırılıb.

Müsabiqənin nəticələrinə əsasən, Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbinin 10-cu sinif şagirdi İlahə Ağayeva 1-ci, Bakı Avropa Liseyinin 2-ci sinif şagirdi Rauf Abdullayev 2-ci, Binəqədi rayon Namiq Babayev adına 144 nömrəli tam orta məktəbinin 11-ci sinif şagirdi Məhəmməd Əliyev 3-cü yerə layiq görülüb.

Qaliblərə Bakı Kitab Mərkəzi adından diplom və hədiyyə kartları, qalib olmayan iştirakçılara isə təşəkkürnamə və kitablar təqdim edilib.