Elza İbrahimovanın mahnıları səslənəcək


Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti Elza İbrahimovanın mahnılarından ibarət “Nəğmə dolu bir ürəyəm, ey Vətən” adlı konsert təşkil ediləcək.

“Əbədiyaşarlar” layihəsi çərçivəsində iyunun 7-də keçiriləcək konsert proqramında Elza İbrahimovanın sevilən mahnıları tanınmış sənətçilərin ifasında səslənəcək.

İfaçıları Azərbaycan Televiziya və Radiosunun Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı və “Qaytağı” ansamblı müşayiət edəcək.