“Bakı Sülh Evi” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Turizm sənayesinin inkişafında maraqlı olan tərəflərin ekoturizm təhsili istiqamətində maarifləndirilməsi” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində Quba və Xaçmaz rayonlarında turist firmalarında görüşlər keçirmək, turist firmalarının əməkdaşları ilə dəyirmi masa təşkil etmək, Azərbaycanda ekologiya və turizmin inkişafını özündə birləşdirən “Ekoloji turizm” adlı dərs vəsaitini nəşr etdirmək nəzərdə tutulur.
   Dərs vəsaitində ekoloji turizmin əlamətləri, prinsipləri, növləri, ehtiyatları və problemləri işıqlandırılmaqla, xüsusi mühafizə olunan təbiət ərazilərinin (qoruqların, yasaqlıqların, milli parkların) bu turizm növünə cəlb olunması perspektivləri və bəzi dünya ölkələrinin qazandığı təcrübə araşdırılacaq. Kitab turizm istiqamətində fəaliyyət göstərən müəllimlər, tələbələr, turagent və turoperator firmalarının menecerləri, turizm və səyahət məsələləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar