F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “TEAS Press” nəşriyyat evinin “Üç alma” uşaq ədəbiyyatı bölməsində nəşr olunan bir sıra kitabların müzakirəsi keçirilib.

Bildirilib ki, “TEAS Press” nəşriyyatının "Üç alma" uşaq ədəbiyyatı bölməsi 2014-cü ildə yaradılıb. Məqsəd kitablar vasitəsilə uşaqları əyləndirmək, maarifləndirmək və onları mütaliəyə həvəsləndirməkdir.

Tədbirdə məktəblilər oxuduqları ingilis uşaq yazarları Kris Oksleydin “Dağlar”, “Dərələr”, “Vulkanlar”, E.Labrekin “Mağaralar”, “Adalar” və Ancela Roystonun “Dağlarda qida zənciri”, “Səhralarda qida zənciri”, “Çöllərdə qida zənciri” kitablarını müzakirə ediblər.

Sonra uşaqlara kitablar barədə slayd formatında məlumat verilib, mövzu üzrə viktorina keçirilib.