Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” layihə müsabiqəsinə yekun vurulub.

2021-ci ilin dekabr ayında elan edilmiş müsabiqəyə ümumilikdə 45 layihə təqdim edilib. Münsiflər heyətinin müzakirələri və qiymətləndirməsi nəticəsində 45 layihədən 12-si növbəti mərhələyə - “pitçinq” mərhələsinə buraxılıb.

Pitçinq mərhələsi 18 mart 2022-ci il tarixində Dövlət Film Fondunda təşkil olunub. Film Fondunun rəsmi “YouTube” kanalı vasitəsilə canlı yayımlanan Pitçinqdə müəlliflər tərəfindən layihələrin təqdimatı həyata keçirilib. İştirakçılar layihələrini açıq Pitçinqdə müdafiə ediblər. Bu mərhələdə Münsiflər heyətinin yekun rəyi əsasında ümumilikdə 7 layihəyə müəyyən edilmiş məbləğdə dəstək göstərilməsi qərara alınıb.

 QALİB LAYİHƏLƏRİN SİYAHISI