Xəbər verdiyimiz kimi, Sabirabad Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə “Mədəniyyətimizin beşiyi – Şuşa” adlı yaradıcılıq müsabiqəsi keçirilir.

“Şuşa İli” ilə münasibətilə elan edilən regional müsabiqənin məqsədi 270 yaşlı qala-şəhərimizin çoxəsrlik mədəni, tarixi irsinin təbliğ olunması və qorunması, eyni zamanda xüsusi istedada malik uşaq və gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi və yeni istedadları üzə çıxarılmasıdır.

Musiqi, bədii qiraət və təsviri sənət sahələrini əhatə edən müsabiqədə Sabirabad RMİ-nin əhatə etdiyi Şirvan şəhəri, Sabirabad, Saatlı, Hacıqabul rayonlarından uşaq, yeniyetmə və gənclər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyənlər qeyd edilən şəhər və rayonlardakı nümayəndəliklərə, eləcə də birbaşa RMİ-yə müraciət edərək qeydiyyatdan keçməlidirlər.

Yaradıcılıq müsabiqəsinin 1-ci turu aprelin 20-dək regional idarənin nümayəndəlikləri tərəfindən keçiriləcək. 2-ci tur (final) isə 29 aprel tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzində təşkil olunacaq.

Qaliblər Sabirabad RMİ-nin fəxri fərmanları və hədiyyələrlə təltif ediləcək.