Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti, tanınmış skripka ifaçısı Zəhra Quliyevanın yubileyi münasibətilə aprelin 8-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert keçirilib.

Konsertdə Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin, professor Zəhra Quliyevanın sinfinin tələbələrinin, məzunlarının və təbii ki, günün qəhrəmanının özünün çıxışları alqışlarla qarşılanıb.

Proqramda N.Hess, İ.Brams, D.Şostakoviç, P.Çaykovski, İ.Yoxov, A.Piazzolla və P.Sarasatenin əsərləri Zəhra Quliyevanın, beynəlxalq müsabiqələr laureatları Nəzrin Aslanlı, Fəridə Rüstəmova, Cəmilə Qarayusifli, Xədicə Mirqulamlı, Şükufə Rəsulova, BMA-nın tələbəsi Osman Mustafazadə, eləcə də Xalq artistinin rəhbərlik etdiyi “Detaşe” skripkaçılar ansamblının ifasında səsləndirilib.

Sonda professor Z.Quliyeva tədbirin təşkilində  əməyi keçən hər kəsə öz dərin minnətdarlığını bildirib.