İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İCESCO) Qahirədə “İslam Mədəniyyətinin Paytaxtı – 2022” tədbirlərinə start verib.

Bu münasibətlə Misir paytaxtında keçirilən mərasimdə İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik və Misirin mədəniyyət naziri İnes Abdel-Dayim  çıxış ediblər. Çıxışlarda dünyanın ən qədim və tarixi abidələri ilə zəngin şəhərlərindən olan Qahirədə il ərzində təşkil olunacaq tədbirlərdən söz açılıb.

İCESCO-nun Baş direktoru “İslam Mədəniyyətinin Paytaxtı” bayrağını Misirin mədəniyyət nazirinə təqdim edib.

Sonra mərasim iştirakçıları Qahirənin qədim abidələrini əks etdirən foto və əl işləri sərgiləri ilə tanış olub, sənədli filmə və incəsənət ustalarının konsertinə tamaşa ediblər.