Bir sıra ölkələrdə koronavirusla bağlı məhdudiyyətlərin aradan qaldırıldığı və 2020-ci ildən əvvəlki həyatın bərpasına hazırlıq görüldüyü bir vaxtda Dünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus bildirib ki, pandemiyanın bitməsindən danışmaq hələ tezdir.

Təşkilat rəhbəri diqqətə çatdırıb ki, dünya üzrə yoluxma sayı yüksək olaraq qalır, bir çox ölkələrdə peyvəndlənmə göstəricisi çox aşağıdır.

“Dünyada ölüm hallarının azalması tendensiyası müşahidə olunsa da, pandemiya hələ də davam edir. Xəstəliyin yoluxuculuq riski hələ yüksək olaraq qalır. Pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması infeksiyaların yayılmasına rəvac verir”, – deyə o bildirib.