Yay turizm mövsümünün yekunlaşması ilə əlaqədar Azərbaycanın bölgələrində fəaliyyət göstərən turizm, mehmanxana və mehmanxana tipli obyektlərdə monitorinqlər aparılır. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin əməkdaşları bölgələrə ezam olunublar. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən aldığımız məlumata görə, monitorinqlər yay turizm mövsümünün əvvəlində də aparılıb və hazırkı monitorinqlər yay mövsümünün yekunları ilə bağlı həyata keçirilir. Nazirliyin əməkdaşlarının ölkənin şimal, cənub və şimal-qərb zonalarındakı istirahət mərkəzlərində, mehmanxana və mehmanxana tipli obyektlərdəki monitorinqlər bir neçə gün davam edəcək.
Əldə olunan nəticələr sentyabrın 27-də Dünya Turizm Günü ilə bağlı keçiriləcək tədbirdə ictimaiyyətə açıqlanacaq.
Fəxriyyə Abdullayeva
Əldə olunan nəticələr sentyabrın 27-də Dünya Turizm Günü ilə bağlı keçiriləcək tədbirdə ictimaiyyətə açıqlanacaq.
Fəxriyyə Abdullayeva