15 aprel Dünya İncəsənət Günüdür. Əlamətdar gün 2019-cu ildə UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında təsis olunub.

Aprelin 15-də Bakıdakı Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyində Dünya İncəsənət Günü ilə bağlı tədbir təşkil olunacaq.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə birgə keçiriləcək tədbirdə L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik Musiqi məktəbinin şagirdləri, respublika və beynəlxalq müsabiqə laureatları konsert proqramı ilə çıxış edəcəklər.