Oktyabrın 26-dan 28-dək Rusiya Federasiyasının Krasnodar diyarının Gelencik şəhərində “Qara dəniz regionunda turizm və istirahət infrastrukturunun inkişafı” mövzusunda Beynəlxalq konfrans keçiriləcək. Bakı Turizm İnformasiya Mərkəzindən verilən məlumata görə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iştirakı ilə keçiriləcək beynəlxalq konfransda Azərbaycanı bu qurumun direktoru Zakir Əliyev təmsil edəcək.
Konfransda Bakı Turizm İnformasiya Mərkəzi direktorunun Azərbaycanın turizm və investisiya imkanları, respublikada turist marşrutlarının perspektivi və vəziyyəti mövzusunda çıxışı planlaşdırılır.
Fəxriyyə Abdullayeva