Aprelin 16-da görkəmli kinorejissor, Xalq artisti, Dövlət mükafatı laureatı Eldar Quliyevin (1941-2021) vəfatının ildönümüdür.

Bu münasibətlə aprelin 15-də saat 12-də Azərbaycan Dövlət Film Fondunda Eldar Quliyevin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək.

Anım tədbirində Eldar Quliyevin Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun tələbəsi olarkən lentə aldığı iki qısametrajlı bədii film – fondun kolleksiyasına şəxsi arxivdən daxil olmuş “Gözləmə saatı” və Dövlət Film Fondunda elektron bərpa olunmuş “Biri vardı, biri yoxdu...” filmləri nümayiş olunacaq.