Sentyabr ayının 20-dən 23-dək Fransada “TOPRESA” beynəlxalq turizm sərgisi keçiriləcək. Tədbirdə Azərbaycan da geniş heyətlə təmsil olunacaq. Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyevanın qəzetimizə verdiyi məlumata görə, sərgidə Azərbaycanın turizm potensialının nümayiş olunması üçün 71 kvadratmetr lövhə icarəyə götürülüb. Burada ölkəmizin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri fransız və ingilis dillərində hazırlanmış xüsusi reklam çap məhsulları vasitəsilə təbliğ ediləcək.
   “TOPRESA” sərgisində Mədəniyyət və Turizm Nazirliyinin Xarici turizm sektorunun müdiri Səbinə Zadayeva, şöbənin əməkdaşları Cəlil Məlikov, Leyla Verdiyeva, Bakı Turizm İnformasiya Mərkəzinin direktor müavini Bəxtiyar Qılıncov, Azərbaycan Turizm Assosiasiyasının nümayəndəsi Cəmilə İsgəndərzadə, KİV təmsilçiləri, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 6 nəfərlik qrupu və ölkəmizdə fəaliyyət göstərən 6 turizm şirkətinin nümayəndələri iştirak edəcək.
   Sərgidə Azərbaycanın turizm potensialının təbliğinə dair müxtəlif təqdimatlar keçiriləcək, eyni zamanda ölkəmizdə istehsal edilən şərabların dequstasiyası olacaq, milli mətbəximizə xas olan müxtəlif şirniyyat növləri ziyarətçilərə paylanacaq.
   Qeyd edək ki, ölkəmiz “TOPRESA” beynəlxalq turizm sərgisində artıq üçüncü dəfədir təmsil olunur.
   
   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar