Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin ödənişlərinin həcmi ilə bağlı protokolun təsdiq edilməsi barədə qanunu təsdiqləyib. Ödənişlər Türk Dövlətləri Təşkilatı Katibliyinin fəaliyyəti ilə bağlı xərcləri nəzərdə tutur.

Özbəkistanın Türk Dövlətləri Təşkilatına üzv olması ilə əlaqədar təşkilatın Katibliyinin büdcəsinə məcburi ödənişlərin üzv dövlətlər arasında bölgüsü dəyişib. Yeni bölgüyə görə, təşkilata illik ödənişlərin 2/18 hissəsi Azərbaycan Respublikasının payına düşür. Digər üzv dövlətlər üzrə ödəniş bölgüsü belədir: Qazaxıstan Respublikası - 4/18; Qırğız Respublikası -1/18; Türkiyə Respublikası - 8/18; Özbəkistan Respublikası - 3/18.