Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Əliyar Əliyev Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.

Aprelin 15-də Mədəniyyət Nazirliyi nümayəndələrinin iştirakı ilə Əliyar Əliyev kollektivə təqdim edilib.

Qeyd edək ki, Əliyar Əliyev 1979-1980-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, 1983-1984-cü illərdə “Azərbaycanfilm” Kinostudiyasında çalışıb. Quruluş verdiyi “Qodonun intizarında” və “Dələduz” tamaşaları ilə 1992-ci ildə Türkiyədə qastrolda olub. Ə.Əliyev Türkiyədə bir sıra özəl teatrlarda da rejissor kimi fəaliyyət göstərib. 2010-2019-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.