Dərbənd Azərbaycan Dövlət Dram Teatrında yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin “İmperator” pyesinin premyerası olub.

Dərbənd Teatrının ədəbi hissə müdiri Telman Tahirli bildirib ki, tamaşanın quruluşçu rejissoru Hörmət Aslanov, bəstəkarı Dağıstan Respublikasının Əməkdar artisti Sevda Bəybalayeva, rəssamı Dağıstan Respublikasının Əməkdar mədəniyyət işçisi Nahidə Əlimətovadır.

Baş rolları Mirzəağa Cum-Cum, Sərxan Səmədov, Səidə Əliyeva və Lyudmila Babatova ifa ediblər.

Tamaşanı yerli sənətsevərlərlə yanaşı, Dərbənd meriyasının rəhbərləri və şəhərin deputatları da maraqla izləyiblər.