Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzi və Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyinin birgə təşkilatçılığı ilə 15 aprel – Dünya İncəsənət Günü münasibətilə tədbir keçirilib.
Əlamətdar gündə dünya şöhrətli violonçel ifaçısı, bakılı Mstislav Rostropoviç (1927-2007) anadan olmasının 95 illiyi ilə bağlı yada salınıb.
Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin yeni təyin olunan rəisi İbrahim Əliyev, mədəniyyət müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Baş idarənin tabeliyində fəaliyyət göstərən L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik Musiqi məktəbinin şagirdləri, respublika və beynəlxalq müsabiqə laureatları konsert proqramı ilə çıxış ediblər.
Xatırladaq ki, Dünya İncəsənət Günü 2019-cu ildə UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında təsis olunub.