2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının müvafiq bəndlərinin icrası ilə əlaqədar «Azərbaycanda yeni turizm marşrutlarını kəşf edək» layihəsi çərçivəsində ölkəmizin füsunkar rayonlarından biri olan Gədəbəyə infotur təşkil ediləcək. İnfotur Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Millennium” turizm şirkətinin və «Skal İnternational» beynəlxalq turizm təşkilatının Bakı klubunun təşkilatçılığı ilə sentyabrın 10-11-də gerçəkləşəcək. İnfoturun məqsədi regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərini mütəmadi şəkildə təşkil etmək, daxili turizm bazarının fəallığını artırmaq, eyni zamanda iştirakçıları Gədəbəy rayonunun turizm potensialı, mövcud infrastrukturu, əsas turizm xidmətləri ilə tanış etməkdir.
   Qeyd edək ki, bu, turizm şirkəti əməkdaşları və media mənsubları üçün Gədəbəy rayonuna təşkil edilən ilk infoturdur. Tur iştirakçılarının və yerli istirahət mərkəzlərinin nümayəndələrinin iştirakı ilə dəyirmi masanın keçirilməsi, rayonun tarixi abidələri, mədəniyyət obyektləri ilə tanışlıq da nəzərdə tutulur.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar