Aprelin 16-da Qapar Aytiyev adına Qırğızıstan Milli İncəsənət Muzeyində azərbaycanlı heykəltəraş Teymur Rüstəmovun fərdi yaradıcılıq sərgisi açılıb. Mayın 2-dək davam edəcək sərgidə tanınmış heykəltəraşın son dörd ildə ərsəyə gətirdiyi yeni əl işləri nümayiş etdirilir.
Məlumat üçün qeyd edək ki, Teymur Rüstəmov Bakıdakı Xocalı abidəsinin həmmüəllifi (atası Aslan Rüstəmov və qardaşı Mahmud Rüstəmov ilə birlikdə), görkəmli şəxslərin büst və qəbirüstü abidələrinin müəllifidir. 2012-ci ildə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif olunub.
Heykəltəraş 2017-2021-ci illərdə ailə vəziyyəti ilə əlaqədar (həyat yoldaşı Aytən Rüstəmova Avropa Yenidənqurma və İnkişaf Bankının Qırğızıstan, Tacikistan və Türkmənistan üzrə regional direktoru vəzifəsinə təyin olunub) Tacikistanda yaşayıb və orada yaradıcı fəaliyyətlə məşğul olub. 2021-ci ildən Bişkekdə yaşayır və yaradıcı fəaliyyətini davam etdirir.
Aydın Məmmədov
M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin əməkdaşı