Avqustun 26-da İsmayıllıda Turizm və Hotelçilik Liseyinin açılış mərasimi keçirilib. Bu barədə qəzetimizə məlumat verən Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, Avropa Birliyinin layihəsi çərçivəsində açılan təhsil ocağı Azərbaycanın turizm sektoru üçün müxtəlif istiqamətlər üzrə mütəxəssislər hazırlayacaq. Liseyin binası İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən inşa olunub, «British Council» tərəfindən isə avadanlıqlarla, müxtəlif ləvazimatlarla təmin olunub. Müasir tipli təhsil müəssisəsində İsmayıllıda və ətraf rayonlarda yaşayan gənclər dərs almaqla bərabər, eyni zamanda təcrübə keçmək imkanına da malik olacaqlar.
Təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov liseyin açılış mərasimində çıxış edərək sentyabrdan fəaliyyətə başlayacaq təhsil ocağına uğurlar arzulayıblar.
F.Abdullayeva