Prezident İlham Əliyevin 2011-ci il 20 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 31-ci bəndində ölkəmizin turizm potensialının xarici ölkələrdə tanıtımı məqsədi ilə təbliğat-təşviqat işinin gücləndirilməsi nəzərdə tutulub.
   
   Bu işə Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və diaspor təşkilatları cəlb olunmalıdır. Qeyd edək ki, həmin bəndin icrasında Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Diasporla İş üzrə Dövlət Komitəsi də icraçı qurum kimi göstərilib.
   Komitənin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərovun sözlərinə görə, bu il qurum ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımızla birlikdə Azərbaycanın mədəniyyəti, incəsənəti və turizminin təbliğ olunmasına xidmət edən onlarla tədbir keçirib: «Xaricdə yaşayan soydaşlarımızla yanaşı, tədbirlərin keçirildiyi ölkələrin yerli sakinlərinin da qatıldığı bu tədbirlərdə Azərbaycanın turizm potensialı, füsunkar təbiəti, ilin bütün fəsillərində burada iştirak üçün əlverişli şəraitin olması barədə ətraflı məlumatlar verilib, əyani vəsaitlər, slaydlar nümayiş olunub, müxtəlif bukletlər yayılıb”.
   Müxtəlif ölkələrdəki azərbaycanlı diaspor qurumlarının keçirdiyi tədbirlərdə Azərbaycanın iqtisadi qüdrətinin artması sayəsində ölkənin turizm infrastrukturunun da inkişafına təkan verdiyi vurğulamaqla yanaşı, respublikada dünya səviyyəli yeni hotellərin inşa olunması, turizm sahəsində kadrların hazırlanması və s. vacib məqamlar da diqqətə çatdırılıb.
   Belə tədbirlərdən biri bu günlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Gürcüstanın Batumi şəhərində keçirilib. Azərbaycanın müstəqilliyinin bərpa olunmasının XX ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində “Azərbaycan dövlət müstəqilliyinin bərpasının iyirminci ilində” adlı konfrans və “Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı” mövzusunda dəyirmi masa olub. B.Nəzərovun sözlərinə görə, Azərbaycan və Gürcüstanın hökumət və parlament nümayəndələrinin, Gürcüstan azərbaycanlılarının iştirakı ilə, Azərbaycan və Gürcüstanın 30-dək media nümayəndəsinin işıqlandırdığı tədbirdə Azərbaycanın turizm potensialı barədə də konfrans iştirakçılarına məlumat verilib.
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən isə bildirildi ki, “Turizm ili” ilə bağlı Tədbirlər Planının 31-ci bəndinə uyğun olaraq bir sıra tədbirlər nəzərdə tutulub. Bu qəbildən tədbirlərdən biri kimi ölkəmizin sentyabrın 20-23-də Fransada keçiriləcək “TopResa” beynəlxalq turizm sərgisində iştirakı nəzərdə tutulur.
   
   Mehparə






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar