Kürdəmir RMİ-nin təşkilatçılığı ilə “Anadır arzulara hər zaman Qarabağ” devizi ilə uşaq musiqi, incəsənət məktəblərinin xor kollektivlərinin regional müsabiqəsinin I turu keçirilib. Tədbirdə çıxış edən idarə rəisinin müavini Vaqif Alıyev “Şuşa İli” münasibətilə elan edilən müsabiqənin keçirilmə qaydaları və əhəmiyyəti barədə söz açıb. Daha sonra xor kollektivləri çıxış ediblər. Müsabiqənin I turunda yeddi uşaq musiqi və incəsənət məktəbi iştirak edib.

***

Sumqayıt RMİ Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində “Şuşa İli”nə həsr olunan “Ritm bir dünyadır” adlı müsabiqənin 2-ci turu keçirilib. Müsabiqədə regional idarənin tabeliyində fəaliyyət göstərən mədəniyyət ocaqlarının şagirdləri iştirak ediblər. Münsiflər heyəti ümumilikdə 37 ifaçının istedadını qiymətləndiriblər. May ayında keçiriləcək hesabat konsertində qalib şagirdlərin təltif olunması nəzərdə tutulub.

Sumqayıt şəhər MKS-nin Mərkəzi Uşaq Kitabxanasında Şuşanın zəngin mədəniyyətini, tarixini, təbiətini tanıtmaq, təbliğ etmək, şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsinə şərait yaratmaq məqsədilə 12, 16, 18 və 38 nömrəli məktəblərin 8-ci sinif şagirdləri arasında “Birlikdə düşünək, birlikdə öyrənək” adlı bilik yarışı keçirilib. “Şuşanın tarixi və tarixi abidələri”, “Şuşanın mədəniyyət inciləri”, “Şuşanın ədəbi həyatı”, “Zəfərin zirvəsi – Şuşa” mövzuları üzrə iştirakçılara 7 sual və hər sualı cavablandırmaq üçün 1 dəqiqə vaxt verilib. Viktorinanın qalibi 16 nömrəli məktəbi təmsil edən "Qarabağ” komandası olub. 12 nömrəli məktəbi təmsil edən “Xan qızı” komandası II, 18 nömrəli məktəbin “Cıdır düzü” komandası isə III yerə layiq görülüb. Qalib komandalar fəxri fərman, kubok və hədiyyələr təqdim olunub.

***

Şəmkir RMİ-nin əhatə etdiyi Gədəbəy rayon Mədəniyyət Mərkəzi və Xarxar kənd Sənətkarlıq evinin birgə təşkilatçılığı ilə "Şuşa – 270" adlı tədbir keçirilib. Tədbirdə Şuşada doğulmuş elm xadimləri haqqında danışılıb, görkəmli şairə
Xurşidbanu Natəvanın "Qərənfil" qəzəli səsləndirilib.

N.Məmmədli