Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “milli” statusu verilib. Azərbaycan Respublikası Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib.

Baş nazir Əli Əsədovun imzaladığı 26 aprel 2022-ci il tarixli qərar “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 529 nömrəli Fərmanının müvafiq  bəndinə əsasən qəbul edilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “milli” statusu verilməsi haqqında qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.