Xalq yazıçısı Çingiz Abdullayevin kitabı təqdim olunacaq
   
   Fevralın 3-də Kitab klubunda Xalq Yazıçısı Çingiz Abdullayevin “Sonuncu divarın daşları” kitabının təqdimatı keçiriləcək. Kitabda parçalanaraq müxtəlif quruluşlu dövlətlərin tərkibində yaşamaq məcburiyyəti ilə üz-üzə qalan bir millətin - azərbaycanlıların böyük dərdindən bəhs edilir. Müəllif yeni kitabında iki yüz ildən bəri vətəni ikiyə bölünmüş, bir-birindən ayrı salınmış azərbaycanlıların problemlərindən söz açır.