Mədəniyyət naziri Anar Kərimovun Birləşmiş Ştatlara səfəri gedişində Vaşinqtondakı ABŞ-Azərbaycan Ticarət Palatasında (The U.S.-Azerbaijan Chamber of Commerce–USACC) böyük şair Hüseyn Cavidin barelyefinin açılışı olub.

Abidə Azərbaycanın Mədəniyyət Nazirliyi tərəfindən USACC-a hədiyyə edilib. Mərasimdə nazir Anar Kərimov, Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim çıxış ediblər.

Anar Kərimov bu barədə sosial şəbəkə səhifəsində də paylaşım edib. “Azərbaycan xalqının görkəmli şair-dramaturqu Hüseyn Cavidin 140 illik yubileyi münasibətilə onun barelyefini ABŞ-Azərbaycan Ticarət Palatasına hədiyyə etdik və H.Cavidin irsinin həm ölkəmizdə, həm də ABŞ-da öyrənilməsinin vacibliyindən danışdıq”, – deyə paylaşımda bildirilir.