Mayın 13-də Qazax şəhərində "Aşıq sənəti və yazılı ədəbiyyat" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Konfrans Qazax Rayon İcra Hakimiyyəti, AMEA-nın Folklor İnstitutu, Ərzincan Binəli Yıldırım Universiteti (Türkiyə), Bakı Dövlət Universitetinin Qazax filialı və "Aşıq Şəmşir" Mədəniyyət Ocağının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Xalq şairi Səməd Vurğun və onun dostu, ustad sənətkar, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin xatirəsinə həsr olunan elmi tədbir hibrid (ənənəvi və onlayn) formada keçiriləcək.

Konfransda hər iki sənətkarın yaradıcılığı, eləcə də aşıq sənəti və yazılı ədəbiyyatın müxtəlif istiqamətlərini əhatə edən məruzələr dinləniləcək.