Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasından növbəti kitab – İtaliya yazıçısı Alberto Moravianın “Seçilmiş əsərləri” işıq üzü görüb.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, məşhur “Çoçara” romanı ilə başlayan kitaba yazıçının “Roma hekayələri” silsiləsindən “Mario”, “Püşk”, “Kötük”, “Gözətçi”, “Nəhs gün”, “Məclis”, “Dostluq” hekayələri də daxil edilib.

Kitabın tərcümə müəllifləri Etimad Başkeçid və Mahir N.Qarayevdir. Alberto Moravianın “Seçilmiş əsərləri”ni yaxın günlərdə paytaxtdakı kitab mağazalarından əldə etmək olar.