Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Nərimanov rayon 5 saylı Yaşıllaşdırma idarəsinin dəstəyi ilə mayın 6-da ağacəkmə aksiyası keçiriləcək.

Nərimanov rayonundakı Zaur Nudirəliyev küçəsində salınacaq bağa "Heydər Əliyev və Mstislav Rostropoviç dostluq bağı" adı veriləcək. Ağacəkmə aksiyasında muzeyinin direktoru vəzifəsini icra edən Günay Əliyeva, Nərimanov rayon 5 saylı Yaşıllaşdırma idarəsinin rəisi Aris Muxtarov, hər iki müəssisənin əməkdaşları iştirak edəcək.  

Ümummilli lider Heydər Əliyev və dünya şöhrətli musiqiçi Mstislav Rostropoviç arasında möhkəm dostluq əlaqələri olub və onların bu münasibətləri Azərbaycan mədəniyyətinin inkişafına xidmət edib. Bağın salınmasında məqsəd iki dahi şəxsiyyətin dostluğunu yaşatmaq, eyni zamanda böyük musiqiçinin xeyriyyəçilik, təbiət mühafizi kimi ənənələrini davam etdirməkdir.