Xəbər verdiyimiz kimi, ABŞ-da səfərdə olan mədəniyyət naziri Anar Kərimov 2-3 may tarixlərində Vaşinqtonda bir sıra görüşlər keçirib. Mayın 4-də səfər Nyu-York şəhərində davam edib.

Anar Kərimov Nyu-York şəhərində Metropoliten Muzeyinin direktoru Deniel Veys ilə görüşüb. Görüş zamanı Metropoliten Muzeyinin Azərbaycan muzeyləri ilə təcrübə və metodologiya mübadiləsi, təlim proqramlarının keçirilməsi haqda fikir mübadiləsi aparılıb.

Sərgi və digər tədbirlərin keçirilməsi, həmçinin əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması və əlaqələrin gələcək perspektivləri barədə danışıqlar aparılıb.