M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Şuşa milli geyimləri” adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın əhalisinin XIX əsr geyim mədəniyyəti, geyimlərin təsnifatı, vizual görüntüləri və qısa tarixi əks olunub.

Şuşada tarixən təşəkkül tapmış və xalqımızın varlığını özündə yaşadan zəngin mədəni irsin mühüm bir hissəsini geyim mədəniyyəti təşkil edir. Xalqın tarixi ilə sıx bağlı olan geyimlər onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir. Azərbaycan xalqının etnik tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, bədii bəzək naxışları, toxuculuq milli geyimlərdə də əksini tapıb.

Azərbaycanın ayrılmaz parçası olan Qarabağın geyim mədəniyyəti də milli mənəvi və maddi dəyərlərimizin tərkib hissəsidir.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Susa_milli_geyimleri/index.htm