Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin (BŞMBİ) Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin (Qaradağ rayonunun Qobustan qəsəbəsi) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, BŞMBİ-nin rəisi İbrahim Əliyev, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda ulu öndər Heydər Əliyevin mədəniyyət sahəsinin inkişafına göstərdiyi diqqət və qayğı barədə ətraflı məlumat verilib.

Sonra ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Bədii hissədə Xalq artistləri Niyaməddin Musayev, Samir Cəfərov və digər incəsənət ustaları və mədəniyyət evinin özfəaliyyət kollektivinin üzvləri çıxışlar ediblər.