Mayın 6-da Azərbaycan Dövlət Film Fondunda “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda konfrans keçirilib.

Ümummilli liderin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbirdə Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, kinorejissorlar – Xalq artistləri Oqtay Mir Qasım, Vaqif Mustafayev, kinoşünaslar – Əməkdar incəsənət xadimləri Aydın Kazımzadə, Ayaz Salayev çıxış edərək Heydər Əliyevin Azərbaycan kinosunun inkişafına töhfələrindən danışıblar.

Bildirilib ki, ulu öndər həm sovetlər dövründə, həm də müstəqil Azərbaycana rəhbərliyi zamanı milli kinematoqrafiya sənətinə, kino xadimlərinə xüsusi diqqət və qayğı göstərib. Natiqlər ümummilli liderin kino sahəsinə qayğısının bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıblar.

Sonra kinorejissor Vaqif Mustafayevin “Əsl məhəbbət haqqında” sənədli filmi nümayiş olunub.