Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi daim əziz tutulur. Mədəniyyət və bədii təhsil ocaqlarının kollektivləri şəhid ailələri və qazilərimizi diqqətdə saxlayır, mütəmadi olaraq onların qayğıları ilə maraqlanırlar.

Mayın 7-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimləri Leyla Həsənova, Samirə Musayeva və Elnur Məmmədov Vətən müharibəsi şəhidi Nadir Rzayevin ailəsini və qazilər Asif Talıbov və Rəvan Əzizovu ziyarət ediblər.

Məktəbin müəllimləri və şagirdlərin valideynləri tərəfindən ailələrə maddi yardım göstərilib.

Qeyd edək ki, Müdafiə Nazirliyi Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri Nadir Rzayev 15 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib. Dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.