Respublika Gənclər Kitabxanasında Moskvada yaşayan soydaşımız, yazıçı-publisist Ulduz Qasımın son zamanlarda çapdan çıxmış “Qarabağda qiyamət”, “Ağ göyərçinlər” və “Qaçaq Aslan” kitablarıının təqdimatı keçirilib.

Tədbirdə kitabxananın direktoru Aslan Cəfərov, Əməkdar jurnalist Tahir Aydınoğlu və digər çıxış edənlər müəllifin Vətən sevgisi ilə qələmə aldığı əsərlərinin əhəmiyyətindən söz açıblar. Bu əsərlərin xarici dillərə tərcümə olunması və daha geniş oxucu auditoriyasında təbliğ olunmasının zəruriliyi vurğulanıb.

Sonda Ulduz Qasım tədbirin təşkilinə görə kitabxanaya minnətdarlığını bildirib. Müəllif kitablarını imzalayaraq qonaqlara hədiyyə edib.