Slovakiyanın paytaxtı Bratislava şəhərindən Azərbaycana gəlmiş bir qrup turist Masallı rayonunda olub. “Beynəlxalq dostluğun gücü” İctimai Birliyinin dəvəti ilə gələn qonaqlar rayonun görməli yerlərini gəziblər. Masallının “İstisu”, “Nağıl dünyası”, “Dəştvənd” və “Dəmirağac” kimi məşhur müalicə-kurort və istirahət mərkəzlərində olan slovakiyalı turistlər burada göstərilən xidmətin səviyyəsindən çox razı qalıblar. Milli mətbəximizin ləziz nümunələri qonaqların daha çox xoşuna gəlib.
Xarici turistlər rayonda olduqları müddətdə Masallının füsunkar təbiətinə, əhalinin qonaqpərvərliyinə heyran qaldıqlarını dönə-dönə vurğulayıblar.
Xarici turistlər rayonda olduqları müddətdə Masallının füsunkar təbiətinə, əhalinin qonaqpərvərliyinə heyran qaldıqlarını dönə-dönə vurğulayıblar.