Azərbaycanda 2011-ci ilin «Turizm ili» elan edilməsi ilə əlaqədar Tədbirlər Planında yer alan məsələlərdən biri də respublikanın ali məktəblərində turizm ixtisası üzrə təhsil alan tələbələrin dərs vəsaiti ilə təmin edilməsinin yaxşılaşdırılmasını nəzərdə tutur. Bunu nəzərə alaraq Azərbaycan Turizm İnstitutunun Turizm işinin təşkili və texnologiyası kafedrası «Ekoloji turizm» adlı dərslik nəşr edib. Kitabın müəllifləri turizm üzrə mütəxəssislər Ələmdar Əsgərov, Bahadur Bilalov və Çingiz Gülalıyevdir.
   Dərslik QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Turizm sənayesinin inkişafında maraqlı olan tərəflərin ekoturizm təhsili istiqamətində maarifləndirilməsi» layihəsi çərçivəsində hazırlanıb. Layihə ATİ-nin Turizm işinin təşkili və texnologiyası kafedrası və “Bakı Sülh Evi” qeyri-hökumət təşkilatı tərəfindən həyata keçirilib.
   Ali təhsil məktəblərinin turizm fakültələrinin tələbələri, müəllimlər, turagent və turoperator firmalarının menecerləri, turizm və səyahət məsələləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda ekoloji turizmin əlamətləri, prinsipləri, növləri, ehtiyatları və problemləri işıqlandırılıb, bəzi dünya ölkələrinin qazandığı təcrübə araşdırılıb. Hər bölmədən sonra verilən suallar və tapşırıqlar bu sahəni öyrənmək istəyən tələbələrin müstəqil çalışmaları üçün vacibdir.

  Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar