2 min il yaşı olduğu üzə çıxdı

 

ABŞ-da bir qadının 4 il əvvəl 35 dollara aldığı büstün 2 min il tarixi olan, Roma dövrünə aid heykəltəraşlıq nümunəsi olduğu üzə çıxıb.

Laura Young 2018-ci ildə 35 dollara aldığı büstü açıqlanmayan bir məbləğə Texasdakı San-Antonio İncəsənət Muzeyinə satıb.

Məlum olub ki, qədim tarixə malik büst İkinci Dünya müharibəsi zamanı Almaniyada yoxa çıxıb. Qiymətli sənət əsərinin Almaniyaya qaytarılacağı bildirilir.