Vatikan ilk dəfə olaraq öz bağlarını turistlərin kütləvi ziyarəti üçün açacaq. Məlumata görə, ekoloji metan yanacağı ilə işləyən xüsusi miniavtobuslar çərşənbə, bazar və bayram günlərindən başqa hər gün Vatikanın daxilində təşkil olunmuş marşrut üzrə hərəkət edəcək.
Beləliklə, Vatikana gələnlər indiyədək kənar şəxslər üçün qapalı olan guşələri görə biləcəklər. Xatırladaq ki, Vatikan şəhər-dövlətinin ümumi ərazisi 44 hektara bərabərdir ki, bunun da böyük hissəsini bağlar və yaşıllıqlar təşkil edir. Turun qiyməti 12 avrodur. Miniavtobuslar beş dildə - italyan, fransız, ingilis, alman və ispan dillərində audio-gidlə təchiz olunacaq.
Fəxriyyə Abdullayeva