Bu il Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Bakı Uşaq və Gənclər Teatrının 20 yaşı tamam olur.
İdarədən bildirilib ki, bu münasibətlə teatrın kollektivi “20 il – 20 min addım” adlı yürüş-marafon keçirəcək.
Marafon mayın 14-də teatrın yerləşdiyi ünvandan başlayaraq, Suraxanı Rayon İcra Hakimiyyətinin qarşısındakı parkda ulu öndər Heydər Əliyevin heykəlini ziyarət etməklə davam edəcək. Parkda yerləşən səhnədə şou-proqram təqdim olunacaq.