Azərbaycanda 2011-ci il - “Turizm ili” çərçivəsində Dünya Turizm Gününün təntənəli qeyd olunması məqsədilə sentyabrın 27-də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
   
   Nazirliyin Turizm şöbəsindən verilən məlumata görə, sentyabrın 27-də saat 10-da “Kempinski Hotel Badamdar” mehmanxanasında Ümumrespublika Daxili Turizm Konfransı, saat 10-dan 19-dək Dənizkənarı Milli Parkda «Əl sənətkarlığı nümunələri sərgisi», saat 19-da Dənizkənarı Milli Parkda konsert proqramı təşkil olunacaq. Dünya Turizm Günü münasibətilə keçirilməsi nəzərdə tutulan tədbirlərdən biri də həmin gün ölkə muzeylərində açıq qapı günü elan olunmasıdır. Belə ki, sentyabrın 27-də Bakıda və Azərbaycanın digər regionlarında yerləşən bütün muzeylərə giriş pulsuz olacaq.
   Qeyd edək ki, sentyabrın 27-si dünyanın 154 ölkəsində Dünya Turizm Günü kimi qeyd olunur. Dünya Turizm Təşkilatı 1970-ci ilə qədər müxtəlif adlarda fəaliyyət göstərib. 1970-ci il sentyabrın 27-də Dünya Turizm Təşkilatı adı altında fəaliyyətə başlayıb. 1980-ci ildə qərar qəbul olunub ki, bu gün üzv ölkələrdə Dünya Turizm Günü kimi qeyd edilsin. Hazırda dünyanın 154 üzv ölkəsi Dünya Turizm Gününü qeyd edir. Azərbaycan turizm sahəsinə müvafiq status verildiyi ildən - yəni 2001-ci ildən etibarən bu günü qeyd edir və həmin ildən də Azərbaycan Dünya Turizm Təşkilatının üzvüdür. 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar