Sentyabrın 24-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə turizm şirkətləri və kütləvi informasiya vasitələri təmsilçilərinin iştirakı ilə Bakının Qala qəsəbəsində yerləşən Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə infotur təşkil olunacaq. Nazirliyin Turizm şöbəsindən verilən məlumatda bildirilir ki, Azərbaycan tarixinin, mədəniyyətinin, xalqımızın adət-ənənələrinin yaşadılmasında, gələcək nəsillərə ötürülməsində mühüm rolu olan Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində son vaxtlarda aparılan tikinti-quruculuq işləri bu obyektin əhəmiyyətini daha da artırıb. Tarix-Etnoqrafiya Qoruğunun turizm nümayiş obyekti kimi təqdimatına həsr olunmuş infotura KİV nümayəndələri dəvətlidir.
Fəxriyyə Abdullayeva